!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ərdoğan FETÖ-dən danışdı: “Pensilvaniya ilə bağlı mövqeyimizi bilirlər”

!Reklam – Yazi

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Pakistandan geri uçarkən təyyarədə jurnalistlərin suallarını cavablandırıb.

Yeniçağ.Az Türkiyə mediasına istinadən xəbər verir ki, terror şəbəkəsi FETÖ və onun ABŞ-da yaşayan lideri Fətullah Gülənin geri qaytarılması məsələsinə münasibət bildirən Ərdoğan bu istiqamətdə görülən işlərin müsbət nəticələnəcəyinə ümid etdiyini deyib:

“Pensilvaniyadakı fermanın macərası məlumdur. Kanadanın o adamın sığınacaq müraciətinə necə cavab verəcəyini bilmirəm. Nəticədə, Kanada bizim Pensilvaniya ilə bağlı mövqeyimizdən xəbərdardır. Biz lazım olan məlumatları təqdim etmişik. Hazırda bu iddia ilə əlaqədar müəyyənlik yoxdur. Bir yenilik olarsa, onlarla yüksək səviyyədə müzakirə apara bilərik. İndiki halda gündəmdəki əsas məsələ Ədliyyə və Xarici İşlər Nazirliklərinin, vəkil dostlarımızın ABŞ-ın müvafiq qurumları ilə gördükləri işlərdir. Davamlı olaraq dosyelər göndərilir. Ümid edirəm ki, bir nəticə əldə olunacaq”.

Türkiyə prezidenti “Hürriyet” qəzetində dərc olunmuş qalmaqallı “Qərargah narahatdır” yazısı ilə sualı da cavabsız buraxmayıb:

“Mən bunu heç 28 fevral hadisəsinə bənzətmək istəmirəm. Çünki biz bir 28 fevral iqtidarı deyilik. 28 fevral iqtidarı ilə bizim siyasi iradəmiz fərqlidir. Biz bu yola kəfənimizi geyib çıxdıq. Hansısa manşetlərlə, xəbərlərlə bizi başqa istiqamətə yönəldə bilməzlər. O xəbərin, hələ iç səhifədəki “Qərargah narahatdır” ifadəsinin ədəbsiz, əxlaqsız bir başlıq olduğunu dedim.

Səfərə gedərkən fikirlərimi bildirdim, Baş Qərargahdan da açıqlama verildi. Dediyim odur ki, bununla bağlı bir vətəndaşın iddiası əsasında təhqiqata başlanılıb. “7 tənqid, 7 cavab” deyə danışılan məsələləri də başa düşmək çətindir. Deyirlər ki, Baş Qərargahın rəisi mənimlə ölkə xaricinə necə gedə bilər? Bundan təbii nə ola bilər ki? Bunlarıın dünyadan xəbəri yoxdur. Hətta baş nazir də Baş Qərargah rəisini özü ilə səfərlərə apara bilər.
O məsələlər bir yana. Kardak məsələsini turist səyahətinə bənzədirlər. Məncə, Baş Qərargah rəisi digər komandanlarla birlikdə bu bənzətməni aparanlara qarşı iddia qaldırmalıdır. Heç kəs Baş Qərargahın rəisini turist kimi təqdim edə bilməz”.

Yeniçağ.Az

www.yenicag.az

661
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv