Ərdoğan: “FETÖ ilə mübarizəyə görə Azərbaycana təşəkkür edirəm” – Yenicag.Az

Reklam

Reklam

“Azərbaycan prezidentinə FETÖ-yə qarşı mübarizə ilə bağlı təşəkkür edirəm”.

Yenicag.az xəbər verir ki, bu sözləri Azərbaycanda səfərdə olan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan prezident İlham Əliyevlə görüşdən sonra keçirilən mətbuat konfransında bildirib.

R. T. Ərdoğan deyib ki, iki ölkənin təhsil nazirlikləri bu sahədə problemləri həll etmək üçün birgə çalışacaq. O qeyd edib ki, Türkiyə Dağlıq Qarabağ və Naxçıvan məsələlərində üzərinə düşəni edib və etməyə davam edəcək: “Naxçıvanla Türkiyə arasında quru yolları ilə bağlı çətinliklər aradan qalxıb. Biz indi bir dəmir yolu çəkməklə nəqliyyat əlaqələrini inkişaf etdirərək bu sahədə daha bir önəmli addım olacaq”.

R. T. Ərdoğanın sözlərinə görə, Naxçıvan sakinləri sərhəddəki Türkiyə xəstəxanalarının imkanlarından istifadə edə bilər: “Bu məsələdə dəstək verəcəyimizi bildirdim”.

Türkiyə prezidenti nəzərə çatdırıb ki, NATO sammitində iki ölkənin müştərək problemlərini gündəmə gətirəcək: “Qardaşım İlham Əliyvin şəxsində Azərbaycan xalqına hörmətimi, ehtiramımı çatdırıram”.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 1167
Kateqoriyalar:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Reklam

Nə düşünürsən?
Bənzər Xəbərlər

    Reklam

    Reklam

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."