!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ərdoğan futbol oyununda şəhidləri andı – Fotolar

!Reklam – Yazi

er-fTürkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan “terrora qarşı birləşmək” məqsədilə təşkil olunan “Şəhidlərə hörmət” şüarı altında keçirilən futbol oyununa baxmaq üçün stadiona gəlib.

Ərdoğan Vodafone Arenaya həyat yoldaşı Əminə Ərdoğanla birgə gəlib. Prezident üçün nəzərdə tutulmuş protokol tribunasında əyləşməzdən öncə şəhid ailələri və qazilərlə görüşüb.

Oyundan əvvəl şəhidlərin şərəfinə bir dəqiqəlik sükut olub, daha sonra İstiqlal marşı səslənib, Quran oxunub.

Prezident stadionda söylədiyi nitqdə “Bu millət terrora birlikdə qalib gələcək. Mən polisimizə, əsgərimizə, millətimizə güvənirəm.” deyib.

Nitqindən sonra Ərdoğan meydançaya enərək futbolçularla, polislərlə, mühafizəçilərlə görüşüb, birlikdə xatirə şəkli çəkdirib.

 

Yenicag.az

www.yenicag.az

782
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv