Ərdoğan futbolçuları təbrik etdi

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan futbol üzrə milli yığmanı Fransanı məğlub etmələri münasibəti ilə təbrik edib.

Yenicag.az xəbər verir ki, bu barədə Ərdoğan özünün Tvitter səhifəsində yazıb.

Türkiyə prezidenti bildirib: “Təbriklər Türkiyəm!”

Xatırladaq ki, ötən gün 2020-ci ildə keçiriləcək Avropa Çempionatının seçmə mərhələsi çərçivəsində Türkiyə millis Fransa millisini 2:0 hesabı ilə məğlub edib.