Ərdoğan G7-də iştirak edəcək

İyunun 14-də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan xüsusi dəvətlə G7 (Böyük Yeddilik) liderlərinin sammitində iştirak edəcək.

Yenicag.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Qeyd olunur ki, 15 ildən sonra xüsusi qonaq qismində dəvət olunan Ərdoğan sammit çərçivəsində İsrailin Fələstinin Qəzza zolağında həyata keçirdiyi tədbirləri gündəmə gətirərək bütün dünya ölkələrinin liderlərinə müraciət etməyə hazırlaşır.

Türkiyə lideri toplantıya qatılmaq üçün İtaliyaya yola düşüb.

Rusiya-Ukrayna münaqişəsi və iqtisadi əməkdaşlıqla bağlı məsələlər də G7-nin gündəmində olacaq.

COP29