Ərdoğan geri çəkilmir: “Başkəsənlərin hökmranlıq etdiyi xaosa…”

“Dünya sürətlə başkəsənlərin hökmranlıq etdiyi xaosa sürüklənir”.

Yenicag.az xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Birləşmiş Millətlər Təşkilatının (BMT) “tükənmiş qurum” olduğunu deyib.

Türkiyə prezidenti İsrailin Fələstinə qarşı son təcavüzünə toxunaraq, dünyanın bu məsələdə yenə “ikili standart”lar əsasında davrandığını bildirib:

“Əgər bu olaylar hansısa başqa regionda baş versəydi, o zaman bütün dünyanı etiraz aksiyaları bürüyərdi. Ancaq təəssüf ki, dünya birliyi İsrailin hərəkətlərinə laqeyd yanaşır. Bununla dünya sürətlə başkəsənlərin hökmranlıq etdiyi xaosa sürüklənir”.

Qeyd edək ki, Türkiyə Fələstində yaranmış son vəziyyətlə bağlı ciddi narahatlığını bəyan edib. Ərdoğan Fələstində yaşananları “humanitar fəlakət” kimi qiymətləndirib və vəd edib ki, İsrailin Qüdsü mənimsəməsinə imkan verməyəcək”.

COP29