Ərdoğan gündəm olan fotodan danışdı: “İlham bəy yerini mənə verib…”

Şanxay Əməkdaşlıq Təşkilatının Səmərqənddə keçirilən sammitində gündəm olan foto haqqında hələ da danışılmaqdadır.

Yenicag.az xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan də həmin foto haqqında danışıb.

Ərdoğan söhbətinin iştirakçıların xoşuna gəldiyini bildirib:

“İlham Əliyev yerini mənə verib özü yandakı stula keçdi. İştirakçıların çoxu rusca danışdığına görə tərcüməçi sözlərimizi rus dilinə çevirirdi. Görünür, bizim ünsiyyətimiz söhbətin bütün iştirakçılarının xoşuna gəldi. Yaxşı bir an idi”.