Ərdoğan Gürcüstana səfər edəcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Gürcüstana səfəri gözlənilir.

Yenicag.az xəbər verir ki, bunu Gürcüstanın xarici işlər naziri İlya Darçiaşvili türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə keçirdiyi birgə brifinqdə deyib.

O bildirib ki, dövlət başçısının səfəri M.Çavuşoğlu ilə görüşdə müzakirə etdiyi mövzulardan biri olub.