Ərdoğan haqqında film çəkən rejissor FETÖçu çıxdı – Video,Foto

Türkiyədə “Rəis” və “Oyanış” filmlərinin rejissoru saxlanılıb.

Yenicag.az türk mətbuatına istinadən xəbər verir ki,15 iyul çevriliş cəhdindən bəhs edən “Oyanış” və Ərdoğana həsr edilən “Rəis”filminin rejissoru Ali Avcı Bağcılardakı evində saxlanılıb. Rejissorun evində gizləndiyi məlum olan və Ulduz Universitetində keçirilən FETÖ əməliyyatı zamanı axtarışa verilən Dr. Fətullah Qarabibər də tutulub.

Qarabibərin Bylock istifadəçisi olduğu üzə çıxıb.

Yenicag.az