Ərdoğan hədiyyə etdiyi qalstuku soruşdu, Çipras isə… – Video

57335e6cc164a28ff121905f25c1ad82_erdogan-dan-cipras-a-kravat-sorusu-2178593jpeg_610x375Türkiyə prezidenti Ərdoğanla Dünya Humanitar Sammitinə qonaq qismində qatılan yunanıstanlı baş nazir arasında maraqlı dialoq yaşanıb.

“Qafqazinfo” Türkiyə KİV-ə istinadən xəbər verir ki, Ərdoğan baş nazir Aleksis Çiprasın qalstuk taxmamasına diqqət çəkib. Daha sonra ona hədiyyə etdiyi qalstukun taleyini soruşub. Çipras isə cavabında gülərək “gələn dəfə” deyib.