ABŞ-ın Suriyaya raket zərbələri, eləcə də Yaxın Şərqdəki vəziyyətin bundan sonrakı inkişafı barədə Yeniçağ.ru-ya rusiyalı politoloq Orxan Camal danışıb.
– ABŞ-ın Suriyaya endirdiyi zərbələri necə qiymətləndirirsiniz? Bundan sonra nələri gözləmək lazımdır?
– ABŞ-ın hücumunda taktik müvəffəqiyyət var: 6 meyit və məhv olunan texnika. Əsas odur ki, ABŞ-ın fəaliyyətinin nəticəsi var. Lakin bu yola ilk olaraq ABŞ qoşulmayıb. Bu, supergücün bilavasitə müdaxiləsidir. Bu zamana qədər hər şey vasitəçilik formatının hibrid xüsusiyyəti üzrə idi: kiməsə silah verək, kiməsə pul, kiməsə diplomatik yolla kömək edək, burada isə bilavasitə müdaxilədir.
Qeyd edim ki, onsuz da bu münaqişədə iki nəhəng “oyunçu” İran və Rusiya var idi. ABŞ-ın gəlişi ilə münaqişənin hər iki tərəfində böyük “oyunçular” oldu. Belə desək, bu görüntü bizə hadisələrin dünya müharibəsi istiqamətində getdiyini göstərir. Format özü isə hələ heç nəyi əvvəlcədən deməyə imkan vermir və dünya müharibəsinə uyğun gəlmir.
Biz amerikalıların fəaliyyət göstərib reaksiyanı minimallaşdırmaq üçün səy göstərdiklərini gördük. Əsasən də onlar Rusiyanı xəbərdar etdiklərini, buradan canlı qüvvələri çəkmək üçün xahiş etdikləri açıqladılar. Aydın olmayan odur ki, nə üçün Rusiya Əsəd rejimi ilə bu məlumatı bölüşmədi və oradan heç kəsi çəkmədi? Müxtəlif məlumatlara əsasən, Rusiya tərəfindən də ölən oldu. Ümumilikdə müharibəni çətinliklə lokal adlandırmaq mümkündür. Çünki xarici müdaxilələr əsasən hibrid idi. Əvvəlcə bu münaqişəyə bir tərəfdən güclü oyunçular qoşuldu. İndi isə digər tərəfdən də güclü oyunçular qatıldılar: Bəli, bu, dünya müharibəsi təhdididir!
– Deməli, siz Rusiya və ABŞ ordusunun açıq-aşkar toqquşmasını istisna edirsiniz?
– Ola bilər. Təsəvvür edin ki, onlar orada bombalamağı davam etdirəcəklər. Hazırda Rusiya HHM sistemini itirmiş görünür. Bu zamana qədər İsrail təyyarələri gəldi, Suriyanın hava məkanını pozdu. Əsəd onları vurmağa çalışdı, lakin bu, onda alınmadı. Ona görə ki, raket əleyhinə müdafiə sistemi Əsəd tərəfindən havaya buraxılan raketi vurdu. Bu belə görünürdü: Əsəd kütbeyin kimi normal texnikaya malik deyil, ruslar isə onun ixtiyarına İsrail təyyarələrini vura biləcək texnika vermirlər. Əsədin yalnız çox zəif gücə malik texnikası var.
İndi başqa bir məqam da qeyd edim: ABŞ Rusiyaya əvvəlcədən xəbərdarlıq etməklə Əsədin aerodromunu bombalayarkən Rusiya HHM sistemi, Rusiya raket əleyhinə müdafiə sistemi harada idi? Yoxsa Rusiya texnikası da “tomaqovk”ları vurmağa qadir deyil? Yəni, burada HHM sisteminin keyfiyyətinə dair sual ortaya çıxır. İndi təsəvvür edək ki, növbəti dəfə ruslar daha gərgin olacaq və nəhayət, ABŞ bombalarını vuracaq. Daha sonra bu, bilavasitə toqquşma üçün giriş ola bilər. ABŞ raketlərini vurmaq özü-özlüyündə problem deyil. “Karib böhranı” olarkən də vururdular. Lakin bu, tətiyin işə düşməsinə xidmət edə bilər. Niyə də yox?
– Belə bir fikir dolaşır ki, Rusiya Suriyadakı iştirakını azaldaraq, Ukrayna istiqamətində təzyiqlərini artıracaq. Bu fikri necə dəyərləndirirsiniz?
– Düşünürəm ki, administrasiyanın özündə hələ ki, buna necə reaksiya verəcəklərini bilmirlər. Çünki Rusiyanın ilk reaksiyası çaşqınlıq və qorxu oldu. Bu hadisələrin fonunda Peskov çıxış etdi və bildirdi ki, “Şərt deyil ki, biz Əsədə dəstək olaq, biz ona tamamilə nəzarət edə bilərik”. Yəni, bu, zəiflik və çaşqınlıq kimi görünürdü. Geri çəkilə biləcəklərinə dair müəyyən siqnala bənzəyirdi. Odur ki, qorxu elementi açıq-aşkar şəkildə var idi. Ona görə də Rusiyanın müəyyən qədər geriyə çəkilməsi barədə danışıqlar qüvvədə qalır. Çünki Rusiyada bütün nəticələri vecinə almayacaq yalnız bir insan var – Vladimir Putin. Digər siyasi elitanın isə itirəcək nələrisə var. Ona görə də qorxurlar. Çünki buna nə hazırlaşmış, nə də razılaşmışdılar.
Odur ki, hazırda vəziyyət belə görünür: Ukrayna istiqamətində kompensasiya olacaqmı, Suriyada geri çəkilmə gözlənilirmi? Bu, nəzəri olaraq mümkündür. Lakin prinsipcə, Suriya münaqişəsi psixologiya ilə bağlıdır. Kiçik güc xeyli xuliqanlıq etdi, böyük zərbə aldı. Bu o demək deyil ki, digər yerdə kompensasiya etmək lazımdır. Ümumilikdə belə bir anlayış yaranır ki, Rusiya özünə pulemyotlu çobanlardan da başqa rəqib qazana bilər.
– Türkiyə bu zərbələrlə bağlı ABŞ-ı dəstəklədi. Səudiyyə Ərəbistanı da dəstək verdi. Necə hesab edirsiniz, orada ölkələr qrupunun bir-birilə toqquşması ehtimalı nə qədər güclüdür?
– Türkiyə barədə o qədər də əmin deyiləm. Çünki Türkiyə Rusiya ilə kifayət qədər cəld manevr etməklə çoxvektorlu oyun aparır. Bunu da o qədər sərrast şəkildə edir ki, hamı bütün bunları Rusiyanın etdiyini düşünür və ona təzim edir. Əslində, məsələnin kökündə Türkiyənin öz maraqları və milli mənafeyi dayanır. Rusiya Ərdoğanın tütəyi altında oynayır. Ona görə düşünürəm ki, onun ABŞ və Rusiyanı manipulyasiya etmək imkanı var. O, heç bir tərəfi seçməməklə, bu siyasəti bundan sonra da davam etdirəcək.
Biz İsrailin də eynilə bunu etdiyini görürük. Onlar ABŞ-a bütün mümkün hörməti göstərirlər. İndi isə ABŞ-da İsrailin bütün mövcudluğu boyunca ən israilpərəst prezident meydana gəldi. Digər tərəfdən Natenyahu Moskvaya gəlir, Rusiya Xarici İşlər Nazirliyi Rusiyanın qərbi Yerusəlimi İsrailin paytaxtı kimi tanıdığını açıqlayır və yalnız rəsmi Moskva İsrailin Əsədi necə bombaladığından danışır. İsrail sona qədər bütün problemlərini ABŞ və Rusiyanın əli ilə həll etməyə çalışacaq. Necə ki bunu dəfələrlə edib.
– Suriya müharibəsini İsrail və İran müharibəsi kimi xarakterizə etmək olar?
– Yox, əlbəttə. Bu, mümkün deyil. Suriya müharibəsi vətəndaş müharibəsidir. Hansı ki, daxili səbəblərdən başlayıb və beynəlxalq komplekslə daha az əlaqəli olub. Belə vəziyyət 2011-ci ildə də vardı. Müharibə uzandıqca bu münaqişəyə daha çox yeni oyunçular qoşuldu.
İranın da tamamilə anlaşılan geosiyasi tapşırığı olub: Suriya vasitəsilə Livanda təsirini qorumaq. Burada iran həmişə güclü olub. Əgər İran üçün İsrail təhdidi olmasaydı, bu formatı qorumaq iranlılar üçün bu qədər vacib olmazdı. Digər tərəfdən İsrail faktoru sözsüz ki var. Lakin bunu İran-İsrail müharibəsi olduğunu demək olmaz.
Bildiyimiz kimi, mayda İranda prezident seçkiləri keçirilməlidir.
Tamamilə aydındır ki, zamanında Əhmədinejadın dəstəklədiyi kurs düzgün olub. Bu kursa əsasən, biz fundamental rəqiblə barışığa hazır olmalıyıq, hansı ki, mümkün deyil. Bu kurs əhalinin səfərbərlik formatından yorğunluğuna baxmayaraq, düzgün idi.
Ruhaninin gətirdiyi yumşaq kurs isə daxili-siyasi ABŞ konyekturasından asılı qalıb. Obama var, bu siyasət işləyir; Obama yoxdur, hər şey ləğv olunur və bitir. Bu zaman İranda vaxt itkisini nəzərə almaq lazımdır. Digər tərəfdən başqa bir sual meydana çıxır: İran cəmiyyəti bunu başa düşürmü?
Nicat Hacıyev
Yeniçağ.Ru