Ərdoğan HƏMAS ilə İsrail mövzusunu müzakirə etdi

842471522eb0504c7db6e63756a6bd14Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan Fələstinin HƏMAS hərəkatının siyasi bürosunun sədri Xalid Məşəl ilə görüşüb. APA-nın məlumatına görə, bu barədə “Reuters”ə İsrail hökumətindəki mənbə bildirib.

Məlumata görə, Xalid Məşəl təfərrüatlarına varmadan regiondakı son hadisələr barədə Ərdoğana qısa məlumat verib.

Agentlik Ərdoğan-Məşəl görüşünün Türkiyə və İsrail münasibətlərinin bərpa olunmasına dair ilkin razılaşmanın əldə edilməsi fonunda keçirildiyini qeyd edir.