Ərdoğan Hindistan və ABŞ-yə səfər edəcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan növbəti həftə Hindistana səfər edəcək.

Yenicag.az xəbər verir ki, o bu ölkədə keçiriləcək Böyük İyirmilik (G20) ölkələri qrupunun toplantısına qatılacaq.

Ayın sonunda isə Türkiyə lideri ABŞ-yə yollanacaq. BMT Baş Assambleyasının iclasında iştirak edəcək R.T.Ərdoğan həmçinin ikitərəfli görüşlər keçirəcək.