!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ərdoğan hökuməti istefaya göndərir? - “Hər an ola bilər...” – AKP-li millət vəkili

!Reklam – Yazi

“Prezidentimiz yeri və zamanı gələndə, lazım olan addımları atacaq”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında son günlərdə Türkiyə mediasında prezident Rəcəb Tayyib Ərdoğanın hökumətin tərkibini dəyişdirəcəyi ilə bağlı yayılan iddialara münasibət bildirən hakim AKP-dən seçilmiş deputat Şamil Ayrım deyib.

Millət vəkilinin sözlərinə görə, Ərdoğan vaxtı gələndə, zəruri dəyişiklikləri həyata keçirəcək:

“Prezidentimiz vaxtı gələndə, dəyişiklik edəcək. Amma hazırda hökumətin tərkibinin dəyişdirilməsi məsələsi gündəlikdə yoxdur. Lakin həmin dəyişikliklər hər an baş verə bilər. Prezidentimizin bu məsələdə mövqeyi dəqiqdir. Zamanı yetişəndə, gərəkən addımlar atılacaq”.

Aqil Bəkir

www.yenicag.az

1750
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv