Ərdoğan II Elizabetin dəfn mərasimində iştirak etməyəcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Böyük Britaniya kraliçası II Elizabetin dəfn mərasimində iştirak etməyəcək.

Yenicag.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu, Ərdoğanın BMT sessiyasında iştirakı ilə əlaqəlidir.

Türkiyə mərasimdə xarici işlər naziri səviyyəsində təmsil olunacaq. Artıq ölkənin XİN başçısı Mövlud Çavuşoğlu İngiltərəyə gəlib.

Qeyd edək ki, BBC-nin yaydığı məlumatda Ərdoğanın dəvəti qəbul etdiyi bildirilmişdi.