Ərdoğan ilə Merkel arasında telefon danışığı oldu

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Almaniya kansleri Angela Merkel arasında telefon danışığı olub.

Yenicag.az xəbər verir ki, tərəflər Suriyadakı mövcud vəziyyəti müzakirə edib.

Liderlər həmçinin, regionda baş verən digər məsələlər və iki ölkə arasındakı münasibətlər barədə də fikir mübadiləsi aparıb.