Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qətər əmiri Şeyx Tamim bin Həməd əs-Sani ilə görüşüb.
Yenicag.az xarici mediaya istinadən xəbər verir ki, görüş Beştəpədəki prezident sarayında baş tutub.
Ölkə başçılarının görüşü zamanı ikitərəfli münasibətlər və gündəmdə dayanan digər məsələlər müzakirə olunacaq.
Xatirladaq ki, iki gün öncə liderlər arasında telefon danışığı olmuşdu.