ABŞ prezidenti Donald Tramp ilə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan görüşə bilər.
Yenicag.az xəbər verir ki, bu barədə Donald Tramp jurnalistlərə açıqlamasında deyib.
Tramp həmçinin Suriya məsələsinin dinc yolla həllinə görə Ərdoğana təşəkkür edib. Daha sonra, iki liderin yaxın zamanlarda görüşmə ehtimalının olduğunu qeyd edib.