!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ərdoğan İlham Əliyevə təşəkkür etdi - "Star" NEZ-in tikintisinə görə

!Reklam – Yazi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Star” neft emalı zavodunun (NEZ) tikintisi ilə əlaqədar olaraq Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlığını bildirib.

Yenicag.az türk mətbuatına istinadən xəbər verir ki, prezident AKP-nin qrup toplantısında çıxışı zamanı bildirib:

“Star” NEZ iri neft müəssisəsi kimi fəaliyyət göstərəcək. Bu Türkiyə üçün çox mühüm enerji layihələrindən biridir. Bu neft emalı zavodu Türkiyənin cari kəsirini 1,5 mlrd. dollar azaldacaq,  ölkənin neft məhsullarına tələbatının 25 faizini təmin edəcək.

“Mən qardaşıma, Azərbaycan Prezidenti İlham Əliyevə oktyabrın 19-da açılışı olmuş “Star” neft emalı zavodunun tikintisinə görə bir daha öz adımdan və millətim adından təşəkkürümü bildirirəm”, – R.T.Ərdoğan vurğulayıb.

Xatırladaq ki, oktyabrın 19-da Türkiyənin İzmir şəhərində Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə “Star” neft emalı zavodunun açılış mərasimi keçirilib.

“Star” neft emalı zavodunda hər il 10 milyon ton xam neft emal ediləcək. Zavodda ildə 1,6 milyon ton nafta, 1,6 milyon ton təyyarə yanacağı, 4,8 milyon ton az kükürdlü dizel yanacağı, 700 min ton neft koksu, 420 min ton qarışıq ksilen və 160 min ton kükürd istehsal olunacaq. Zavod “Petkim” neft-kimya kompleksinin nafta və qarışıq ksilenə olan tələbatını tam ödəyəcək.

STAR əsas payı SOCAR-a məxsus Türkiyənin yeganə neft-kimya kompleksi olan “Petkim”i xammalla təmin edəcək, Türkiyə bazarında getdikcə artan dizel və təyyarə yanacağı tələbatının bir hissəsini qarşılayacaq, Türkiyənin idxalını 1,5 mlrd. dollar azaldacaq.

www.yenicag.az

1870
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv