!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ərdoğan İlham Əliyevə təşəkkür etdi

!Reklam – Yazi

“Dünən və bu gün keçirdiyimiz görüşlərlə birlikdə Türkiyə ilə Azərbaycan arasındakı qardaşlığın, dostluğun necə yüksək səviyyəyə çatdırıldığını xüsusilə sevinc içərisində müşahidə edirik”.

Yenicag.az xəbər verir ki, bu sözləri Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan prezidenti İlham Əliyevin iştirakı ilə keçirilən Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının altıncı iclasında deyib.

“Xüsusilə indi Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsini, atdığımız addımın nəticəsini görmək bizi çox qürurlandırır. Dünən 15 dəqiqəlik dəmir yolu səyahətimizi vətəndaşlarımız, xalqlarımız gördülər. İnşallah, onların tezliklə təkcə Qarsdan Bakıya deyil, Pekinə, Londona getdikləri günləri də hamımız birlikdə görəcəyik və dualarını eşidəcəyik.

Bu münasibətlə dəyərli qardaşım Sizə, həmçinin memarından mühəndisinə, podratçısına qədər bütün firmalara, əməyi olan bütün nazir yoldaşlarımıza çox təşəkkür edirəm. Bu münasibətlə bu gün keçirdiyimiz Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclasının da xeyirli olmasını diləyirəm.”-deyə o, bildirib.

Qeyd edək ki, Türkiyə prezidenti həmçinin şəxsi “Twitter” hesabında da İlham Əliyevlə birgə şəklini paylaşaraq təşəkkür edib.

www.yenicag.az

2010
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv