Reklam
Ziraat Bank New 160×600
Koronavirus
Azersun New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Ərdoğan İlham Əliyevə üzərində “Xarıbülbül” təsviri olan saatlar hədiyyə etdi - FOTO

Reklam: Sinerji Pro

Oktyabrın 26-da Füzuli Beynəlxalq Hava Limanının açılış mərasimi olub.

Yenicag.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan açılış mərasimində iştirak ediblər.

Azərbaycan və Türkiyə prezidentləri hava limanının rəmzi açılışını bildirən lenti kəsdilər. Füzuli Beynəlxalq Hava Limanının rəmzi açarları prezidentlərə təqdim edildi.

Dövlət başçıları hava limanında yaradılan şəraitlə tanış oldular. Daha sonra dövlət başçıları söhbət etdilər.

Prezident İlham Əliyev: Təşəkkür edirəm. Yaxından çəkin. Əziz qardaşım mənə bu gözəl saatları hədiyyə edib. “Xarıbülbül” təsviri də üstündə.

Prezident Rəcəb Tayyib Ərdoğan: Şuşaya gəlmişdik. Buradan Şuşa yaxındır. “Xarıbülbül” də Şuşanın simvoludur.

Prezident İlham Əliyev: Bəli, çox sağ olun, təşəkkür edirəm.

www.yenicag.az

189
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100