!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ərdoğan ilk dəfə Atatürkə edilən təhqirlərlə bağlı danışdı

!Reklam – Yazi

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan, Mustafa Kamal Atatürkə qarşı aparılan çirkin kampaniya haqqında ilk dəfə danışıb.

Yeniçağ.Az Türkiyə mediasına istinadən xəbər verir ki, Ərdoğan jurnalistlərdən birinin Atatürklə bağlı sualını cavablandırıb.

“Afət İnan ilə münasibəti və anası ilə bağlı pis ifadələr söyləndi. Bu vəziyyət cəmiyyətdə böyük etiraza səbəb oldu və beləliklə, məhkəmə prosesi başladı. Necə dəyərləndirirsiniz?” sualına Ərdoğan bu cür cavab verib:

“Bu, çox çirkin bir hərəkətdir… Şübhəsiz ki, anaların, həyat yoldaşların bu işə qarışdırılması son dərəcə çirkindir. Hadisə məhkəməyə həvalə edildiyi üçün özümü məhkəmənin yerinə qoyaraq bu məsələni şərh etməyim düz olmaz. Əvvəlcə nəzarət, sonra isə həbsetmə prosesi baş verdi. Məsələnin haralara qədər uzanacağını məhkəmədə görəcəyik.”

Yeniçağ.Az

www.yenicag.az

871
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv