“İfrat sağ hərəkatlar bu gün Avropada siyasətin həlledici aktorları olub”.
Yenicag.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəəcəb Tayyib Ərdoğan NAzirlər Kabineti toplantısından sonra təşkil olunan mətbuat konfransında deyib.
O, Avropada ifrat sağın yüksəlişinə münasibət bildirib:
“Avropanın mərkəz siyasətinin zamanın ruhunu doğru oxuya bilməməsi bunun əsas səbəblərindən biridir. Liberal demokratiya ciddi böhrana girib. Bir dövrün dərmanı olduğu deyilən liberal demokratiya köhnə gücünü itirib. Qərbdə yaşanan vəziyyət bax budur”.