Ərdoğan İranın xarici işlər nazirini qəbul edib

Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan İranın xarici işlər naziri Cavad Zərifi qəbul edib.

Yenicag.az “Tasnim”-ə istinadən xəbər verir ki, görüş bağlı qapılar arxasında keçirilib.

Nazir səfər öncəsi verdiyi açıqlamada:

“Türkiyəyə səfərimin məqsədi prezident Ərdoğanla və həmkarım Mövlud Çavuşoğlu ilə regional problemlərin – Suriya və digər məsələlərin müzakirəsidir”, deyib.

Zərif Yaxın Şərqdə baş verən hadisələrdən narahat olduqlarını dilə gətirərək, bu məsələlərdə iki ölkə arasında keçirilən görüşün vacib olduğunu vurğulayıb.

Yenicag.az