“Qəzzada axan qanın durması üçün əlimizdən gələni edirik”.
Yenicag.az xəbər verir ki, bu fikirləri 12 il sonra İraqa səfər edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu ölkənin baş naziri Məhəmməd Şia əl-Sudani ilə keçirilən mətbuat konfransında çıxışında deyib.
“İsrail ilə İran ətrafında yaşanan hadisələr savaşın yayılmaı və şiddətlənmə riskini artırmaqda və Fələstindəki qətliamı kölgələməkdədir. Bu gərginlik iraqlı qardaşlarımıza da mənfi təsir edir. 1967 sərhədlərində, paytaxtı Şərqi Qüds olan müstəqil, suveren və coğrafi bütünlüyü təmin edilmiş bir Fələstin dövlətinin qurulması bölgədə sülhün açarıdır”.