!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ərdoğan: "İsraillə diplomatik əlaqələrimizi kəsə bilərik"

!Reklam – Yazi

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Trampın Qüdsü paytaxt kimi tanıyacağı barədəki iddialara münasibət bildirib.

Yenicag.az türk mediasına istinadən xəbər verir ki, Trampın 6 dekabrda ölkəsinin İsraildəki səfirliyini Təl-Əvivdən Qüdsə köçürəcəyi barədə iddialar yayılıb. Türkiyə prezidenti də bu iddialara səssiz qalmayıb. O bildirib ki, belə bir hadisə baş verərsə, Türkiyə İsraillə diplomatik əlaqələrini dayandıracaq:

“Türkiyə hal-hazırda İslam Əməkdaşlıq Təşkilatına sədrlik edir. Bu müddət ərzində də məsələni sona qədər diqqətdə saxlayacayıq. Belə bir addım atılarsa, beş-on gün içində təşkilat üzvlərini İstanbulda növbədənkənar sammitə toplayacağıq. Bizim ölkə olaraq bu hadisəyə münasibətimizə gəldikdə isə, məsələ diplomatik əlaqələrimizi dayandırmağa qədər uzana bilər”.

www.yenicag.az

2053
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv