Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan NATO-nun Madrid sammitində iştirak üçün səfər etdiyi İspaniya paytaxtında Finlandiya prezidenti Sauli Niinistö və İsveçin baş naziri Maqdelena Anderssonla görüşüb.
Yenicag.az xəbər verir ki, danışıqlar NATO-nun baş katibi Yens Stoltenberqin təşəbbüsü ilə baş tutub.
Görüşdən əvvəl jurnalistlərə açıqlamalar verən alyans rəhbəri bugünkü dördtərəfli görüşdə irəliləyiş əldə edəcəklərnə ümidli olduğunu, NATO-ya daxil olacaq ölkələrin bütün müttəfiqlərin təhlükəsizliyini nəzərə almalı olduqlarını bəyan edib. O, həmçinin taxıl böhranı ilə bağlı səylərinə görə Türkiyəyə minnətdarlıq edib.
Qeyd edək ki, toplantı mətbuata qapalı keçirilib.