Ərdoğan İtaliyaya gedir

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İtaliyaya və Vatikana səfər edəcək.

Yenicag.az  türk mediasına istinadən xəbər verir ki, prezidentin səfəri 4-5 fevral tarixlərində gerçəkləşəcək. Ərdoğanın səfər çərçivəsində Roma Papası ilə görüşü də nəzərdə tutulub.

Görüşlərdə Türkiyə-Vatikan münasibətləri, Qüdslə bağlı proseslər, regional məsələlər və bir sıra digər mövzular müzakirə ediləcək.

Daha sonra Türkiyə prezidenti italiyalı həmkarı Sergio Mattarella ilə görüşəcək.