Futbol üzrə UEFA Çempionlar Liqasında qrup mərhələsinin 4-cü turunun oyunları keçirilir.
Yenicag.az xəbər verir ki, Türkiyə çempionu “Beşiktaş” da bu gün qitən ən nüfuzlu klub turnirində növbəti matçına çıxıb. “Qara qartallar” doğma meydanda Fransa çempionu “Monako” ilə qarşılaşıblar. İki qolun qeydə alındığı oyunda qalib müəyyənləşməyib – 1:1.
Bu xal itkisinə baxmayaraq, “Beşiktaş” yer aldığı G qrupunda 10 xalla vahid liderliyini qoruyur.
Qrupun digər matçında “Portu” (Portuqaliya) “Leytpsiq”lə (Almaniya) qarşılaşacaq.
Sonda onu da bildirək ki, “Beşiktaş” – “Monako” matçını Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan da canlı olaraq stadiondan izləyib.
UEFA Çempionlar Liqası
G qrupu
1 noyabr
“Beşiktaş” – “Monako” 1:1
Qollar: C.Tosun, 54-pen – R.Lopes, 45.
“Beşiktaş” – 10, “Leytpsiq” – 4, “Portu” – 3, “Monako” – 2.