!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ərdoğan kimi SİPƏR - Araz Zeynalov yazır

!Reklam – Yazi

Onu yarmağa kimin cürəti və gücü yetər?

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana çoxdan gözlənilən səfəri hər iki ölkədə böyük coşqu yaradıb. Prezidentlər – İlham Əliyevlə Ərdoğanın ötən gün imzaladıqları Şuşa Bəyannaməsi isə iki qardaş ölkənin strateji münasibətlərini ən üst səviyyəyə qaldırıb.

Ərdoğanın gəlişi və Şuşa Bəyannaməsinin imzalanması həm də “ı”ların üzərinə zəruri nöqtələrin düzülüşü ilə əlamətdar oldu. Etiraf edək ki, ötən il 10 noyabr gecəsi imzalanan və Vətən müharibəsini yekunlaşdıran üçtərəfli bəyanatın yaratdığı gerçəklik müəyyən tərəddüdlü fikirlərin ortaya çıxmasına şərait yaratmışdı.

Türkiyənin noyabrın 10-dan sonra başlayan yeni sürəcdə masada olmaması, Qarabağda qardaş ölkənin geniştərkibli hərbi kontingentinin yerləşdirilməməsi və başqa detallar açıq-aşkar narahatlıq doğururdu. Hətta Türkiyənin bu durumdan ciddi narazı qaldığına dair səngiməyən iddialar gələcəyə yönəlik bədbinliyi durmadan körükləyirdi.

Bu fonda Azərbaycan prezidenti İlham Əliyevin işğaldan azad edilmiş ərazilərimizə müntəzəm səfərləri və oralardan verdiyi birmənalı mesajlar vurğulanan bədbinlik dumanını xeyli seyrəldirdi. Lakin Türkiyənin hələ də “masada olmaması”ndan dolayı vəziyyətin dəyişməməsi nikbinliyin başı üzərindən “Domokl qılıncı” kimi asılıb qalmaqdaydı…

Eyni zamanda, Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) lideri Dövlət Baxçalının Şuşada İncəsənət məktəbinin inşası təşəbbüsü ətrafında yaranan anlaşılmazlıq pessimist ovqatı daha da gücləndirirdi. Qeyd olunan məsələyə yüksək səviyyədə aydınlıq gətirilməsinə baxmayaraq, MHP-nin məlum təşəbbüsdən imtinası ciddi və tənqidi müzakirə mövzusuna çevrilmişdi.

Ərdoğan məhz belə bir ortamda Azərbaycana gəldi və konkret addımları, qərar və mesajları ilə geniş kütlələr üçün cavabsız qalmış bütün suallara (demək olar) cavab verdi. Prezidentlərin imzaladığı Şuşa Bəyannaməsi hər iki ölkənin ekspertləri tərəfindən hərtərəfli dəyərləndirilir və pafosdan uzaq, analoqsuz sənəd qismində təqdim olunur. Şuşa Bəyannaməsinə özlüyündə “Bir millət, iki dövlət” prinsipinin praktikliyini saxlayan sənəd qismində baxılır. Əlbəttə ki, bu yanaşma əsassız deyil.

Kim nə deyir-desin, Bəyannamədə hər kəsi maraqlandıran və diqqətini çəkən ən əsas detal sənəddə qarşılıqlı hərbi yardım haqqında müddəının yer almasıdır. Çox korrekt formada tərtib edilən həmin müddəa son dərəcə sanballı məzmun daşıyır və Azərbaycanla Türkiyə arasında hərbi əməkdaşlığın xəyali hüdudlarını aradan qaldırır.

Əslində, qarşılıqlı hərbi yardım müddəasında Azərbaycana qarşı bəlli region ölkələrindən gələ biləcək təhdidlərə mümkün cavabın ehtiva edildiyi heç kəs üçün sirr deyil. Yəni Ərdoğan Azərbaycanı hədəfə almağı düşünən ölkələrin qarşılarında Türkiyəni görəcəklərini ən açıq mətnlə onların diqqətinə çatdırdı.

Bu xəbərdarlığı ciddiyə almamaq kimin həddi ola bilər ki…

www.yenicag.az

2817
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv