Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Ərdoğan Livan prezidentinə zəng etdi

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan livanlı həmkarı Mişel Auna telefonla zəng edib.

Yenicag.az-ın məlumatına görə, bu barədə Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.

Məlumata əsasən, Türkiyə prezidenti livanlı həmkarına ötən gün Beyrutda baş güclü partlayış nəticəsində çox sayda insanın ölməsi ilə əlaqədar başsağlığı verib, xəsarət alanların tezliklə sağalmasını diləyib.

T.Ərdoğan telefon danışığı zamanı həmçinin Ankaranın Livana faciənin nəticələrinin aradan qaldırılması üçün lazımi humanitar yardım, o cümlədən səhiyyə sahəsində yardım göstərməyə hazır olduğunu qeyd edib.

Xatırladaq ki, ötən gün Livanın paytaxtı Beyrutun dəniz limanında güclü partlayış baş verib. Partlayış nəticəsində 78 nəfər həlak olub, 4 min nəfər isə xəsarət alıb.

Partlayış limanın 2700 ton ammonyak selitrası (ammonium nitrat duzu) saxlanılan anbarında qaynaq işləri aparılarkən baş verib.

www.yenicag.az

246
reyting.az
www.interpress.az
MARGIN-BOTTOM

www.busaat.az
Ziraat Bank New 768×90 / 320×100