Ərdoğan Macarıstana gedir

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Budapeştə səfər edəcək.

Yenicag.az xəbər verir ki, bu barədə “RİA Novosti” Türkiyənin Budapeştdəki səfirliyinə istinadla məlumat yayıb.

Məlumata görə, dekabrın 18-də baş tutacaq səfər zamanı Ərdoğan Macarıstan Prezidenti Katalin Novak və Baş nazir Viktor Orbanla görüşəcək.