Ərdoğan mediasından ağır “SOCAR-Camaat” iddiaları…

iste_gulen_orgutunun_azerbaycandaki_faaliyetleri_h34840

“Gülənistlərin təməl strategiyalarından biri də enerji sektorunda Paralel Şəbəkənin hakimiyyətini təsis etməkdir. Paralel Dövlət Şəbəkəsi bürokratik təşkilatlanma-telefon dinləmə kimi özünə xas taktikalarla enerji sektorunda da postmodern savaşdadır”. Bu sözlər Türkiyənin iqtidaryönlü “Sabah” qəzetinə aiddir.

Qəzetin yazarlarından Fərhad Ünlünün “Paralelin gizli enerji savaşı” başlıqlı yazısı bizim aylar öncə SOCAR içinə soxulan fətullahçı şəbəkə ilə bağlı yazdıqlarımızı təsdiqləyən faktlarla zəngindir.

“Yazının əsas məqsədi Türkiyədəki önəmli sərmayəsi olan Azərbaycan dövlətinə aid SOCAR-dakı camaat şəbəkəsinin gizli enerji strategiyasını ortaya qoymaqdır. Bu strategiya ilə enerji sektorunda Paralel Şəbəkənin hakimiyyətini təsis etmək mümkündür. Təfərrüata keçmədən bildirməliyik ki, yazının məqsədi SOCAR-ın işgüzar nüfuzunu zədələmək deyil, əksinə SOCAR içindəki Camaat Şəbəkəsini ortaya çıxarmaqdır” – deyə, müəllif qeyd edib.

Qəzet yazır ki, “paralel yapı”, yəni Fətullah Gülən və onun sektası enerji sektorunda söz sahibinə çevrilmək üçün Türkiyənin enerji sektoruna on milyardlarla dollar yatırmağı planlaşdıran SOCAR-a da öz adamlarını yerləşdirib. Bu məqsədlə “paralel dövlət” SOCAR-da “Ağ türk” adı verilən şəxslər vasitəsilə xüsusi struktur formalaşdırıb. Gülənçilər bu yolla Türkiyənin enerji sektorundan AKP-yə yaxın şirkətləri sıxışdırmaq və bu sektoru nəzarət altına almaq istəyir.

 

maxresdefault (1)“Sabah” yazır ki, Fətullah Gülən təriqətinin enerji sektoruna yönələn strategiyalarını müəyyənləşdirən şəxslərdən biri Xəzər Strateji Araşdırmalar İnstitutunun rəhbəri Haldun Yavaşdır. Bu institutun əməkdaşlarının əksəriyyəti fətullahçılardır və ofisi İstanbulda yerləşməklə SOCAR tərəfindən maliyyələşdirilir.

İnstitut enerji sektorunda baş verənləri təhlil edib Pensilvaniyaya – Gülənin mənzil-qərargahına ötürməklə məşğuldur. Haldun Yavaş Gülənə yaxın şəxsdir və 2003-2004-cü illərdə ABŞ-dakı Nassau Community College-də “Fətullah Gülən günləri” təşkil edib.

 

SOCAR-dakı fətullahçılardan biri də şirkətin Türkiyədəki baş hüquq müşaviri Fatih Yigitdir. O, Gülənin şəxsi həkiminin kürəkənidir və “SOCAR Turkey Energy” şirkətinin icraçı direktorunun birinci müavini olan Samir Kərimli üzərində güclü təsirə malikdir. Əgər təriqətin hansısa tələbi SOCAR-ın azərbaycanlı rəhbərlərinə çatdırılmalıdırsa, bunu Fatih Yigitin köməyi ilə edirlər.

F.Yigit bir neçə ay əvvəl ABŞ-da olub və geri qayıdandan sonra SOCAR-dakı AKP tərəfdalarının müəyyən edilməsi üçün lobbi fəaliyyətləri həyata keçirib.

 

SOCAR-ın Türkiyədə sahibi olduğu “Petkim” şirkətinin direktorlar şurasının rəhbəri olan Vaqif Əliyevin də sektanın adamı olduğu iddia edilir.Onun fətullahçıların SOCAR-a yerləşdirilməsində mühüm rolunun olduğu bildirilir. Daha dəqiq desək, fətullahçıların önünü açıb.

1369918713-vagıf-aliyev“SOCAR Turkey Energy” şirkətinin ictimaiyyətlə əlaqələr direktoru Ömer Adsız da Fətullah Gülən təriqətinə yaxındır. SOCAR-a məxsus “Star Rafineri” neft-kimya kompleksinin İngiltərə vətəndaşı olan direktoru Robert Storinin arvadının da bu sektaya bağlı olduğu deyilir.

AKP hökumətinə bağlı qəzet daha sonra yazır ki, SOCAR-ın rəhbərliyində fətullahçılara bağlı olan daha bir neçə önəmli şəxslər də var və bu şəxslərin adları Ankara tərəfindən Bakıya bildirilib.

Azərbaycan hakimiyyəti Türkiyə rəhbərliyinin istəyi ilə ölkədəki fətullahçı şəbəkəni zəiflətmək üçün bir sıra addımlar atıb, lakin bu təriqətin təsir imkanları hələ də qalır.

Bildirilir ki, Türkiyədə böyük investisiyalara malik olan SOCAR-da təşkilatlanmış fətullahçıların fəaliyyətinə son qoyulması Ankaranın Bakıdan əsas tələblərindən biridir. Bunların arasında Samir Kərimlinin adı xüsusi qeyd edilir. Onun Fətullah Gülənə yaxın olmaqla bərabər ABŞ-la da sıx əlaqələri var.

Samir Kərimlinin 2013-cü ildə SOCAR-ın gizli maliyyəsi ilə bir qrup Konqres üzvünün Bakıya səfərini təşkil edən fətullahçı Kemal Öksüzlə yaxın təmaslarının olduğu da bildirilir. Xatırladaq ki, bu səfərlə bağlı qalmaqal hələ də davam edir və Nümayəndələr Palatasının spikeri Con Bonerin istefasının səbəblərindən biri də konqresmenlərin etika qaydalarını pozaraq bu səfərin kim tərəfindən maliyyələşdirildiyi barədə məlumat verməməsi olmuşdu.

“Sabah” qəzeti onu da yazır ki, Azərbaycanda “Çağ öyrətim” şirkətinin idarəçiliyində olan Gülən məktəblərinin bağlanmaq adı altında SOCAR-a verilməsinin arxasında da Samir Kərimli dayanırdı. O, həm də SOCAR-a podratçı kimi xidmət göstərən şirkətlərə nəzarət edir.

S.Kərimli həmin podratçı şirkətlərin köməyi ilə tenderlərdən və görülən işlərdən Gülən təriqətinə mənsub iş adamlarına pay verir, bununla da “paralel dövlət”ə maddi dəstək təmin edir. İddiaya görə, “SOCAR Turkey”in icraçı direktoru Kenan Yavuz şirkətdəki fətullahçılar tərəfindən neytrallaşdırılıb və qərarlara təsir edə bilmir.

Habelə şirkətin insan haqları departamentinin rəhbəri İlqar Mehmetoğlu Gülən məktəbinin məzunudur. O, şirkətdə AKP tərəfdarlarını müəyyənləşdirir və onların işdən uzaqlaşdırılmasında rol oynayır.

SOCAR-ın Türkiyədəki törəmə şirkətində və layihələrində özlərinə yer edən fətullahçılar arasında “SOCAR Power”in ortağı Enver Taner Baltacı, “Petkim”in baş direktoru Sadettin Korkut, “SOCAR Gaz”ın baş direktoru Abdullah Nezihi Erdem, SOCAR İT direktoru Fuat Ulugay, satınalmalar üzrə direktor Çetin Korkut, “SOCAR Turkey Energy” şirkətinin ictimaiyyətlə əlaqələr direktoru Ömer Adsız da var.

Yüzdə 51 hissəsi SOCAR-a satılan Petkimin baş direktoru Səadəddin Korkutun camaatla bağlılığı NAKSAN-da çalışdığı dönəmə qədər uzanır və bundan SOCAR Türkiyə-nin CEO-su Kənan Yavuzun da xəbəri var. Korkutun 17-25 dekabr uğursuz çevriliş cəhdindən sonra bütün kadrları şəxsən özünün seçdiyi və AKP-liləri işə almadığı bildirilir.

Camaatın əsas adamlarından olan Enver Taner Baltacı isə həm “SOCAR Power”in ortağı, həm də “Xəzər” Strateji İnstitutu vasitəsi ilə ABŞ-dakı “think-tank” qrupları ilə əlaqələr qurub.

Yazının linkinə  BURADAN baxa bilərsiniz.