Ərdoğan Məhəmməd Mursinin vəfatından danışdı – YENİLƏNİB

İlk xəbər 20:45-də yayınlanıb.

Misirin sabiq prezidenti Məhəmməd Mursi vəfat edib.

Yenicag.az xarici mediaya istinadən xəbər verir ki, o, ölkənin paytaxtı Qahirə şəhərində dünyasını dəyişib.

Məlumata görə, Mursi məhkəmə salonunda dünyasını dəyişib. O, Misirdəki hadisələrdə əsas günahkar qismində ittiham edilirdi.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Mursinin ölüm xəbəri ilə bağlı açıqlama verib: “Mursi məhkəmə salonunda vəfat etdi. Bu xəbəri eşitdim, üzüldüyümü dilə gətirmək istəyirəm. Allahdan şəhid qardaşımıza rəhmət arzu edirəm”.

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu da ölüm xəbəri ilə bağlı başsağlığı verib: “Darbe ilə onu hakimiyyətdən sala bilərlər, ancaq xatirsəi heç bir vaxt unudulmayacaq. Milləti onun dik duruşunuhəmişə xatırlayacaq”.

 

COP29