Ərdoğan meşə yanğınlarının baş verdiyi bölgəyə getdi – FOTO

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan meşə yanğınlarının baş verdiyi Marmaris rayonuna gedib.

Bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb.

Türkiyə Prezidentini ölkənin daxili işlər naziri Süleyman Soylu müşayiət edib.

R.T.Ərdoğan helikopterdən yanğın baş vermiş ərazilərdəki son vəziyyəti izləyib, müvafiq tapşırıqlarını verib.