Ərdoğan məşhur futbolçunun nikah şahidi oldu – FOTOLAR

Türkiyənin “Beşiktaş” klubunun futbolçusu Gökhan Töre subaylığa “əlvida” deyib.

Yenicag.az xəbər verir ki, o, aktrisa Esra Bilgiçlə ailə qurub. Cütlüyün nikah şahidləri prezident Rəcəb Tayyib Ərdoğanla xanımı Əminə Ərdoğan olub.

Mərasimdə “Beşiktaş” futbol klubunun prezidenti Fikrət Orman, komandanın baş məşqçisi Şenol Güneş, texniki heyət, futbolçular və başqa qonaqlar da iştirak ediblər.