“İstəyirik ki, dünya və Türkiyə dəyişərkən müxalifət partiyaları da dəyişsin, özlərini yeniləsin”.
Yenicag.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabineti toplantısından sonra keçirilən mətbuat konfransında deyib.
“İqtidara gəldiyimimz gündən bu günə qədər belə bir müxalifət arzuladıq”, – deyən Ərdoğan müxalifəti geridəqalmışlıqda günahlandırıb.