Ərdoğan: “Meydanların dilini ən yaxşı bu yoxsul anlayır…” – VİDEO

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ötən gün qonaq olduğu canlı yayımda aparıcı Ahmet Hakanın “Seçkidə qalib gələcəyinizə əminsinizmi?” sualına “Bu nə deməkdir? Mənim həmişə tezisim var. Meydanların dilini ən yaxşı bu yoxsul anlayır. Meydanların dili bizə deyir ki, get, xalq sənin arxanca addımlayacaq” cavabını verib.

Yenicag.az Türkiyə mediasına istinadən xəbər verir ki, Türkiyə Prezidentinin KİV nümayəndələrinə verdiyi cavablar müzakirələrə səbəb olub.

Videonu təqdim edirik:

Xatırladaq ki, Türkiyədə prezident və parlament seçkiləri mayın 14-ü keçiriləcək. Ehtiyac yarandığı halda, ikinci tur mayın 28-də baş tutacaq.