Ərdoğan millətə səsləndi: “Fəlakət dəllallarına qulaq asmayın, dövlətinizə güvənin” – VİDEO

“Bu günə qədər çiyin-çiyinə verib bütün çətiliklərin öhdəsindən gəldiyimiz kimi bugünkü çətinliklərimizin də öhdəsindən birlikdə gələcəyik”.

Yenicag.az TRT-yə istinadən xəbər verir ki, bu fikirləri Türkiyə preezidenti Rəcəb Tayyib Ərdoğan Sinop Ayancık Terminal Körpüsünün açılış mərasiminə göndərdiyi videomesajda səsləndirib.

Ərdoğan türk millətinə səslənərək dövlətlərinə güvənməyə çağırıb:

“Son 19 ildə millətə verdiyi sözləri yerinə yetirən bir heyət olaraq, inşallah, bundan sonra da insanımızın yanında üzüqara olmayacağıq. Başqaları ölkənin fəlakətindən mənafelərinə uyğun davranarkən biz Sinopla bilrikdə 81 vilayətimizin hamısı üçün çalşamağa davam edeəcəyik. Sizlərdən fəlakət dəllallarına qulaq asmadan hökumətimizə və dövlətinizə güvənməyə davam etməyinizi istəyirəm. Bu günə qədər çiyin-çiyinə verib bütün çətiliklərin öhdəsindən gəldiyimiz kimi bugünkü çətinliklərimizin də öhdəsindən birlikdə gələcəyik”.