Ərdoğan: “Milli səfərbərlik silaha sarılmaq demək deyil”

%d0%b1%d0%b5%d0%b7-%d0%bd%d0%b0%d0%b7%d0%b2%d0%b0%d0%bd%d0%b8%d1%8fTürkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Xarici İqtisadi Əlaqələr Şurasının toplantısında çıxışı zamanı “səfərbərlik”lə bağlı dediyi fikirlərə aydınlıq gətirib. Yeniçağ.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Türkiyə prezidentinin biznes aləmindən tək istəyi milli iqtisadiyyatın inkişafıdır:

“Hamının gözləmə mövqeyi tutması böyük zərbə ola bilər. Milli səfərbərliyi bu səbəbdən elan etmişəm. Yoxsa, milli səfərbərlik silaha sarılmaq demək deyil.

Sərhədlərimiz daxilində və xaricindəki terrorla necə mübarizə aparırıqsa, iqtisadiyyatımızda da bu cür addımlar atmalıyıq. “Əlinizdəki xarici valyutanı milli valyutaya dəyişin”, dedim. Biriləri bu işdə möhtəkirlik edərək, iqtisadiyyatımıza istiqamət verməyə çalışırlar. Heç bir rasional səbəb yoxdur, amma məqsəd siyasi dəyişikliklərə zəmin yaratmaqdır. Qonşu dövlətlərə – Rusiya, Çin, Azərbaycana qarşı da bu kimi addımlar atılır. Biz bu oyunu pozacağıq. Milli valyutaya keçərək, təzyiqlərdən qurtulacağıq”.

Yeniçağ.Az

COP29