Ərdoğan Mişellə Ermənistan-Azərbaycan münasibətlərini müzakirə etdi

Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişel Hindistanda keçirilən görüş zamanı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Azərbaycan-Ermənistan münasibətlərini müzakirə edib.

Yenicag.az xəbər verir ki, Şarl Mişel bu barədə “X” sosial şəbəkəsindəki hesabında yazıb.

“G-20 sammiti çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşdüm. Görüşdə Avropa İttifaqı – Türkiyə münasibətlərinin tam spektri, Qara Dəniz Taxıl Təşəbbüsü və regional vəziyyət, xüsusilə Ermənistan-Azərbaycan münasibətləri müzakirə edildi”, – Şarl Mişel sosial şəbəkə hesabında yazıb./Report/