Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan partiyasının iclasında çıxış edir.
Yenicag.az türk mediasına istinadən xəbər verir ki, TBMM-də kürsüyə qalxan Ərdoğan Afrin əməliyyatı barədə məlumat verib:
“Əgər Türkiyə müdafiə sənayesində son 15 ildəki addımları atmasaydı, bu gün nəinki “Zeytun budağı”nı, hətta öz ölkəmizdə belə terrorizmə qarşı əməliyyatlar təşkil edə bilməzdik. Hazırda ölkəmiz 6 milyard dollarlıq istehsala və 2 milyard dollar həcmində ixracat potensialına malikdir”.
Qeyd edək ki, qardaş ölkə başçısı həmçinin, Azad Suriya Ordusunun sadəcə, öz ölkəsini qorumaq üçün bir yerə toplanmış insanlardan təşkil olunduğunu qeyd edib.