Ərdoğan müjdəli xəbəri verdi

“Nəsib olarsa, 20 apreldə təbii qazımız sahilə çıxarılacaq”.

Yenicag.az xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlama verən Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan bildirib.

“Hazırda bütün planlaşdırma, hesablamalar buna uyğun aparılır” – deyə, o, qeyd edib.

Həmçinin Ərdoğan, zəlzələ baş verən vilayətlərdəki son vəziyyətdən, inşa olunan binalardan və Kocaeli xəstəxanasının açılışından danışıb.

//haberqlobal