Ərdoğan Myanma qaçqınlarına yardım göstərməyə hazır olduğunu bildirib

Türkiyə Prezidenti Rəcəb Tayib Ərdoğan Banqladeşdə olan Myanma qaçqınlarına yardım göstərməyə hazır olduğunu bildirib.

Yenicag.az “Report”-a istinadən xəbər verir ki, İslam Əməkdaşlıq Təşkilatının Astanada keçirilən elm və texnologiyalar üzrə sammitində Türkiyə prezidenti bildirib ki, müsəlmanlar hazırda bir sıra çətinliklərdən əziyyət çəkirlər.

Türkiyənin dövlət başçısı problemlərin öhdəsindən gəlmək üçün birliyi və əməkdaşlığı möhkəmləndirməyə çağırıb.

“Myanmada müsəlman qardaşlarımız qəddar rəftarla qarşılaşırlar, onları öz evlərini tərk etməyə məcbur edirlər. Biz onlara qarşı bu haqsız münasibətin qarşısını almaq üçün səy göstərməliyik. Bu insan dramının qarşısını almaq məqsədilə Myanma və Banqladeş hökumətləri ilə birlikdə işləmək istəyirik. O müsəlmanlar ki, Banqladeşdə sığınacaq axtarırlar, onların həmçinin köməyə də ehtiyacı var. Biz Banqladeş hakimiyyətinə bildirdik ki, bu cəhətdən kömək etmək istəyirik”, – deyə Ərdoğan çıxışında bildirib.

COP29