Ərdoğan NATO-nun Baş katibi ilə görüşdü

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NATO-nun Baş katib Yens Stoltenberqi qəbul edib.

Yenicag.az xəbər verir ki, bu barədə türk mediasında məlumat paylaşılıb.

Qeyd edək ki, fevralın 16-da Y.Stoltenberq Türkiyəyə səfər edib. O, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə birlikdə zəlzələ bölgəsinə gedib.