İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın təkbətək görüşü başa çatdı – YENİLƏNDİ/FOTO/VİDEO

Sentyabrın 25-də Naxçıvanda rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə təkbətək görüşü olub.

Bu barədə AZƏRTAC xəbər verir.

***

15:20

Sentyabrın 25-də Naxçıvanda rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə təkbətək görüşü başlayıb.

Bu barədə AZƏRTAC xəbər verir.

***

15:14

Sentyabrın 25-də Azərbaycan Prezidenti İlham Əliyevlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Naxçıvanda görüşüblər.

Türkiyə prezidentinin Naxçıvan Ali Məclisinin önündə rəsmi qarşılanma mərasimi olub.

***

14:46

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Naxçıvanda rəsmi qarşılanma mərasimi olub.

Azərbaycan Prezidenti İlham Əliyev türkiyəli həmkarını Naxçıvan Beynəlxalq Hava Limanında qarşılayıb.

***

14:42

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın təyyarəsi Naxçıvan Beynəlxalq Hava Limanında eniş edib.

***

13:01

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Naxçıvana yola düşüb.

Yenicag.az xəbər verir ki, bu barədə TRT məlumat yayıb.

O, 1 günlük səfər çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevlə görüşəcək.