Ərdoğan nazirləri topladı

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan nazirləri bir araya toplayıb.

Yenicag.az türk mətbuatına istinadən xəbər verir ki, ölkədə baş tutan seçkilərdəki qələbəsindən sonra prezident ilk dəfə baş nazir Binəli Yıldırım və nazirlərlə bir araya gəlib.

Verilən məlumata əsasən, İstanbulda Huber köşkündə keçirilən iclasda hökumət sisteminə keçidlə bağlı qanunvericilik məsələləri müzakirə olunacaq.