Türkiyənin Qabar bölgəsindəki neft quyularında gündəlik hasilat hazırda 35 min barreli ötüb. İlin sonunadək bu rəqəmin 100 min barrelə çatdırılması hədəflənir.
Yenicag.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Zonquldaqda çıxışı zamanı deyib.
Ötən ilin ortalarından etibarən hər bir ailəyə ayda 25 kubmetr təbii qazın ödənişsiz verildiyini deyən Ərdoğan bunun 2024-cü ilin aprel ayınadək davam etdirəcəklərini, beləliklə ölkə əhalisinə ümumilikdə 87 milyard Türk lirəsi məbləğində dəstək göstəriləcəyini bildirib.