Ərdoğan Netanyahunu bu şəxsə bənzətdi

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İsrailin baş naziri Binyamin Netanyahunun Adolf Hitlerdən heç bir fərqi olmadığını deyib.

Yenicag.az Reuters-ə istinadla xəbər verir ki, o,ə İsrailin Qəzza zolağına hücumlarını nasistlərin yəhudi xalqına qarşı rəftarı ilə müqayisə edib.

Ərdoğan Ankarada keçirilən tədbirdə çıxışı zamanı yenidən Qərbi İsraili dəstəklədiyinə görə tənqid edib.

O əlavə edib ki, Türkiyə “Qəzza zolağındakı münaqişə ilə bağlı fikirlərinə görə təqiblərlə üzləşmiş” alimləri salamlamağa hazırdır.