Ərdoğan nəticələrin açıqlanma prosesini Ankarada izləyəcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkədə keçirilən prezident və parlament seçkilərinin nəticələrinin açıqlanma prosesini Ankarada izləyəcək.

Yenicag.az xəbər verir ki, bu səhər İstanbulda səsini verən Ərdoğan prosesi buradan izləyəcəyini qeyd etmişdi.

TRT-nin xəbərinə görə, prezident artıq Ankaraya çatıb.